Sizin Reklam Burada
Xəbər lenti
12-05-2024
11-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" ÇL-lə vidalaşdı, ümid "Roma"ya qaldı

Tarix: 22-11-2017 22:58     Baxış: 5276 A- / A+
"Qarabağ" ÇL-lə vidalaşdı, ümid "Roma"ya qaldı
"Qarabağ"ın Çempionlar Liqasında mübarizəni dayandırması rəsmiləşib.

Manevr.az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşən Ağdam təmsilçisi bu səddi adlaya bilməyib.

Beşqat ölkə çempionumuzun 1/8 finala yüksəlməyəcəyi V turda dəqiqləşib. Bu gün "Çelsi" ilə ev oyununda 0:4 hesabı ilə uduzan "Qarabağ" növbəti mərhələyə vəsiqə verən ilk iki yeri tutmaq şansını itirib.

Bu şansın qalması üçün Qurban Qurbanovun yetirmələri mütləq qalib gəlməli idi. Bu çətin vəzifənin öhdəsindən gələ bilməyən komandamız üçün sonuncu turun "Roma" ilə görüşündə Çempionlar Liqası baxımından əhəmiyyət kəsb etməyəcək.

Çünki hesabında 2 xalı olan "Qarabağ" bu günku qələbə ilə 1/8 finala vəsiqəni təmin edən "Çelsi" (10 xal), həmçinin "Roma"ya (8 xal) çatmaq üçün nəzəri şansını da itirib. Lakin Ağdam klubu 3-cü yeri tutmaq və bununla Avropa Liqasına yollanmaq şansını saxlayır.

Son tur da məhz qitənin ikinci dərəcəli turniri baxımından rol oynayacaq. Lakin "Atletiko" bugünkü görüşdə evdə "Roma"ya qalib gəlsə, üçüncülük şansı da bitəcək və "Qarabağ"ın 4-cü yeri tutması rəsmiləşəcək. Bu üzdən də ümidlər əvvəl "Roma"ya, sonda Romayadı. Çünki son turda təmsilçimiz İtaliya paytaxtında oynayacaq və "Çelsi"nin "Atletiko"ya xal verməməsinə ümid edəcək.

Qeyd edək ki, "Atletiko" - "Roma" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar