Xəbər lenti
Dino Ndlovu: "Təzyiq altında "Çelsi" olmalıdır"

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Çelsi”ni qəbul edəcək "Qarabağ”ın hücumçusu Dino Ndlovu oyunöncəsi mətbuat konfransında iştirak edib.
Cənubi afrikalı hücumçu oyunun vacibliyinin fərqində olduqlarını deyib:
- Komandada hər kəs bu oyunun vacibliyini bilir. "Çelsi”yə çox böyük hörmətimiz var. Lakin ilk oyundakı nəticə "Qarabağ”ın real gücünü əks etdirmir. Sabah sona kimi mübarizə aparacağıq.
- Komandanın Avroliqaya çıxmaq şansı var. Bu, komanda üzərində əlavə təzyiq yaratmır ki?
- Hər zaman növbəti oyuna köklənirik. Digər oyun barədə düşünmürük. Rəqib favoritdi. Buna görə, təzyiq altında onlar olmalıdılar. 3-cülük şansımız varsa, bunun üçün sonadək mübarizə aparacağıq. Yoxdusa, növbəti mövsümə köklənəcəyik.
- Premyer Liqada yaxşı oyununuzla seçilirsiz. Olimpiya stadionunda keçirilən son çempionat oyununda da gözəl qola imza atdız. Bu amil sizə "Çelsi” ilə oyunöncəsi əlavə motivasiya verir?
- Qol önəmli deyil. Əsas komandana kömək edə bilməkdi. Bunu komandada hamı bilir. Bütün komanda da bunun üçün mübarizə aparır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar