Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əldə "rumka", "Qarabağ"ın matçına hazırlaşır - Bu da bizim hakim

Tarix: 04-11-2017 12:01     Baxış: 5267 A- / A+
Əldə "rumka", "Qarabağ"ın matçına hazırlaşır


Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.


Manevr.az yenicag.az-a istinadən xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri də Gəncədə yerli "Kəpəz"lə "Qarabağ" arasında baş tutacaq.

Hər iki klubun baş məşqçisi rəhbəri olduğu komandanı sözügedən matça daha yaxşı hazırlamaqla müsbət nəticə qazanmağı düşünür. Bəs, Nizaminin yurdunda keçiriləcək oyunun hakimləri necə, qarşılaşmaya motivasiya ola bilirlərmi?

Sizə təqdim etdiyimiz fotolardan sonra qərarı özünüzün verməyinizi xahiş edirik. Şəkildə sağda "rumka"nı əlində tutan şəxs "Kəpəz" - "Qarabağ" matçının yan xətt hakimi Yaşar Abbasovdur. FİFA referisi xəngəl mövsümünü açıq elan etməklə, həm də oyuna hazır olduğunu bildirməyə çalışır. İnanırıq ki, oyuna da "hazır" vəziyyətdə getməz...

Maraqlıdır ki, Yaşar Abbasovun bu fotosunu dostları sosial şəbəkədə paylaşılıb. Görünür, Abbasov Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu heç vecinə də almır. Çünki Məmmədov bir müddət əvvəl açıqlamasında hakimlərin sosial şəbəkədən istifadə etmədiyini bildirmişdi. Belə çıxır ki, bu da Xaqaninin növbəti yalanlarından biridir.

Təbii ki, xəngəl mövsümünü açıq elan etmək, "rumka"ları toqquşdurmaq insanların şəxsi işidir. Və biz buna qarışa bilmərik. Lakin əgər FİFA referisisənsə, beynəlxalq oyunlara təyinat alırsansa, tanınan simasansa, bir qədər daha peşəkar davranmaq olar. Hələ üstəlik təyinat aldığın oyun ərəfəsində.

Görəsən, Cüneyt Çakır araq, pivə ilə xəngəl mövsümünü açıq elan edib?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar