Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur futbolçu ölkə prezidenti oldu

Tarix: 12-10-2017 12:40     Baxış: 3306 A- / A+
Məşhur futbolçu ölkə prezidenti oldu


1995-ci ildə "Ballon d'Or" (Qızıl Top) mükafatına sahib çıxan "Milan"ın sabiq üzvü Corc Vea ölkə prezidenti seçilib. Manevr.az xəbər verir ki, 51 yaşlı veteran futbolçu Liberiyaya başçılıq edəcək.

Karyerasını bitirdikdən sonra futboldan uzaqlaşan Vea siyasətə qoşulub. 2005-ci ildə keçirilən prezident seçkilərində Ellen Yohnson Sirleafa uduzsa da, bu dəfə qalib gəlib. Demokratik İnkişaf Konqresinin namizədi olan veteran futbolçu 2014-cü ildən Liberiyanın Montserrado bölgəsinin senatoru idi.

Qeyd edək ki, Corc Vea futbolçu karyerası ərzində Liberiyanın "Miqt Barrolle", "İnvinsible Eleven", Fil Dişi Sahilinin "Afrika Sports", Kamerunun "Tonnerre Yaounde", Fransanın "Monako", PSJ, "Marsel", İtaliyanın "Milan", İngiltərənin "Çelsi", "Mançester Siti" klublarında oynayıb və karyerasını 2003-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Cəzirə" klubunda bitirib. O, 1987-2003-cü illərdə oynadığı Liberiya millisində 60 oyun keçirib və 22 qol vurub.

O, "Miqt Barrolle" ilə Liberiya çempionluğunu və kubokunu, "İnvinsible Eleven"lə ölkə kubokunu, "Monako" ilə Fransa kubokunu, PSJ ilə Liqa 1-i, Fransa kubokunu (2) və Liqa Kubokunu, "Milan"la A Seriyasını (2), "Çelsi" ilə İngiltərə Federasiya Kubokunu qazanıb.

1989, 1994, 1995-ci illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib, 1994/95 mövsümündə Çempionlar Liqasının bombardiri olub, 1995-ci ildə "Ballon d'Or"a sahib çıxıb. O, bu mükafatı qazanan ilk afrikalı futbolçu olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar