Xəbər lenti
““Qarabağ”ın maddi imkanları yaxşıdır”
Çexiyanın “Slovan” klubunun müdafiəçisi Martin Latka Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”a qarşı sabah Bakıda keçiriləcək ilk oyunu ərəfəsində klubun rəsmi saytına müsahibə verib.
Manevr.az müsahibəni təqdim edir:
- Lukaş Pakornisiz oyun çətin olmayacaq?
- Bəli, çətin olacaq. O, bizim əsas futbolçumuz və kapitanımızdır. Yəqin ki, məşqçimiz Pakorninin yoxluğunda seçimini edib. Ümid edirəm ki, səfərdə yaxşı oynayacağıq və azarkeşlərimizi sevindirəcəyik.
- Komandaya gəlişinin əsas səbəbi avrokuboklarda çıxış etmək idi?
- Əlbəttə, bu, belədir. Avropa Liqasının qrupuna vəsiqə qazanmaq böyük uğurdur və biz buna nail ola bilmişik. Təsnifat mərhələlərini uğurla adladıq. Ümid edirəm ki, qrupda da uğurlu çıxış edəcəyik.
- Pakorninin yoxluğunda sürpriz taktika ilə meydana çıxa bilərsiz?
- Son qərarı baş məşqçi verəcək. Mən oyuna tam hazıram.
- Bakıdan heç-heçə ilə qayıtmaq uğurlu olacaq?
- Bu, oyunun gedişatından asılı olacaq. Oyun göstərəcək ki, bir xal bizim üçün yaxşı, yoxsa pis nəticədir.
- Azərbaycan futbol xəritəsində səs-küylü deyil, amma "Qarabağ" çox keyfiyyətli oyun nümayiş etdirən komandadır...
- Avrokuboklarda Azərbaycan klubları çıxış edib. "Neftçi" və "Qarabağ" Avropa Liqasının qrupunda oynayıblar. Rəqibimiz olan "Qarabağ" artıq bunu ardıcıl 3-cü dəfə təkrarlayıb. Bu, onların gücündən xəbər verir. Yaxşı maddi imkanları da var. Komandaya yüksək səviyyəli oyunçular cəlb olunub. Bütün bunlara baxmayaraq, bizim məqsədimiz qrupda uğurla çıxış etməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar