Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın klubu dünya kubokunun qalibi oldu

Tarix: 10-09-2017 21:26     Baxış: 6222 A- / A+
Azərbaycanın klubu dünya kubokunun qalibi oldu

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Azərbaycanın "Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.

Yarışda komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev, komandanın baş məşqçisi və oyunçusu Andres Laplasette çıxış ediblər. Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib.

Üçüncü yer uğrunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ABŞ-ın "Qrand Çampions Polo Klub” komandasının poloçuları Monakonun "Monte-Karlo Polo Team” kollektivi üzərində 6,5:3 xal hesabı ilə qələbə qazanıblar. Yarışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kubok təqdim olunub. Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev və digər şəxslər təqdim ediblər.

Qeyd edək ki, sentyabrın 8-dən 10-dək keçirilən dünya kuboku yarışlarında dörd güclü beynəlxalq peşəkar polo komandası – Azərbaycanın "Elite Horse and Polo Klub”, ABŞ-ın "Qrand Çampions Polo Klub”, İsveçrənin "Evviva Polo Klub St.Moritz” və Monakonun "Monte-Karlo Polo Team” mübarizə aparıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar