Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı idmançı böyük döyüşə çıxır

Tarix: 31-08-2017 21:00     Baxış: 4277 A- / A+
Azərbaycanlı idmançı böyük döyüşə çıxır

Azərbaycan idmançısı Tahir Abdullayev Podolskda qarışıq döyüş növləri (MMA) üzrə “Orion Fighter Global” beynəlxalq turnirində iştirak edəcək.

“ORION FG” şirkəti Tacikistan Respublikasının müstəqilliyinin 26 illiyi münasibətilə sentyabrın 9-da Moskvada MMA üzrə “Orion Fighter Global” beynəlxalq turniri keçiriləcək. Gecənin proqramında 12 döyüş, o cümlədən çempion adı uğrunda superdöyüşlər nəzərdə tutulub. Turnirdə Azərbaycan nümayəndəsi ilə yanaşı, Tacikistan, Rusiya, Qırğızıstan, Özbəkistan, Əfqanıstan, Gürcüstan və Ermənistan təmsilçiləri iştirak edəcəklər.

Təşkilatçıların sözlərinə görə, döyüşlər Rusiya MMA İttifaqının bu ölkənin İdman Nazirliyi tərəfindən təsdiq olunmuş qaydalarına uyğun keçiriləcək. Döyüşlərdə qoruyucu ləvazimatdan - dəbilqələrdən, qasıq və baldır nahiyələri üçün qoruyucu vasitələrdən və xüsusi əlcəklərdən istifadə olunacaq.

“Orion Fighter Global” turniri “Krılya Sovetov” idman klubunda üçüncü dəfə keçiriləcək. İndiyədək basılmamış, keçirdiyi 5 döyüşdə qələbə qazanmış Tahir Abdullayevin 20 yaşı var. O, rinqdə Kirov vilayətindən 26 yaşlı Aleksey Balıberdinlə qarşılaşacaq.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar