Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Millimizin baş məşqçisi: "Norveçdə bizi çətin oyun gözləyir"

Tarix: 30-08-2017 14:07     Baxış: 3193 A- / A+
Millimizin baş məşqçisi:

Manevr.az futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin sentyabrın 1-də səfərdə Norveç yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl "Report"a müsahibəsinə təqdim edir.

- Milli komandanın hazırlıq səviyyəsindən razısınız?

- Cavid Hüseynovda angina, Ağabala Ramazanovda isə yüngül zədə vardı. Son iki gündə tam heyətlə istədiyimiz proqram üzrə məşq etmişik. Məşqlərdə Hüseynovla Ramazanov da iştirak edib. Bu gün Norveçdə yüngül məşq olacaq. Sabah isə "Ullevaal" stadionunda oyunöncəsi son məşqə çıxacağıq. İndiyədək olan hazırlıq prosesindən razıyam.

- Adətən, oyundan əvvəl start heyəti açıqlayırsınız. Artıq indidən beyninizdə "11-lik" formalaşıb?

- Hələ bir məşq də edəcəyik. Onu da gözləyim, sonra tam qərarımı verəcəyəm.

- "Qarabağ"ın Çempionlar Liqasındakı uğurları milli komandanın düşərgəsindəki əhval-ruhiyyəyə təsir edibmi?

- Bu, təkcə milli komanda üçün yox, bütün Azərbaycan üçün müsbət göstəricidir. Hamı sevinir. Sözsüz ki, bu, milli komandada da hiss olunur.

- Norveçlə qarşılaşmada hansı nəticəyə ümid edə bilərsiniz?

- Bizi çətin oyun gözləyir. Norveç son iki matçında Azərbaycanı məğlub edə bilməyib. Ötən seçmə tsikldə səfərdə 0:0 hesablı heç-heçə, bu dəfə isə evdə 1:0 hesablı qələbə əldə etmişik. Sözsüz ki, bizdən revanş almaq istəyirlər. Bilirəm ki, güclü heyətə malikdirlər. Bizi çətin oyun gözləyir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar