Xəbər lenti
İki idmançımız finalda

2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında iştirak edən cüdoçu Ramil Qasımov daha finala yüksəlib.
Paralimpiyaçı 73 kq çəkidə gedən mübarizənin qızıl medalçısını müəyyən etmək üçün ukraynalı Dmitro Solovey və özbəkistanlı Feruz Sayidov arasında keçirilən döyüşün qalibi ilə tatami üzərinə çıxacaq.
81 kq-da çıxış edən Rövşən Səfərov aktivinə bürünc medal qazandıra bilər. Bunun üçün o, 2 qələbə qazanmalıdır. R.Səfərovun təsəlliverici görüşdəki rəqibi argentinalı Xose Effrondur.
Qadınların mübarizəsində isə Səbinə Abdullayeva medalsız qalıb. O, 57 kq-da gedən mübarizənin təsəlliverici görüşündə Çin paralimpiyaçısı Liyinq Vanqa uduzub.
Bundan başqa, atletika yarışında çıxış edən Yelena Çebanu da adını finala yazdırıb. O, 100 metr məsafəni 11.81 saniyəyə qət edib.
Atıcılıq yarışlarında iştirak edən Yelena Taranova isə paralimpiadanı 4-cü pillədə tamamlayıb.Report.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar