Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı

Tarix: 22-08-2017 14:25     Baxış: 4237 A- / A+
Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib.
Azərbaycan Taekvando Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.
Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.
Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla döyüşəcək.
Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar