Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan idmançısı FİNALDA

Tarix: 08-08-2017 10:25     Baxış: 3214 A- / A+
Azərbaycan idmançısı

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının dördüncü günü Azərbaycan idmançılarının start xəttinə çıxması ilə əlamətdar olub Kişilərin üçtəkanla uzunluğa tullanma yarışında 2 idmançımız qüvvəsini sınayıb.

Onlardan biri milliləşən legioner Aleksis Kopello 16,89 m nəticə göstərərək, təsnifat mərhələsini 7-ci yerdə başa vurub. Bu, Aleksisə final mərhələsində mübarizə aparmaq imkanı verib. Növbəti mərhələyə yüksələn 12 idmançı arasında ən yüksək göstəricini isə amerikalı Kris Benard göstərib – 17,20 m. Həlledici mərhələ avqustun 10-da olacaq.

Digər idmançımız Nazim Babayev isə 16,61 m nəticə ilə 14-cü yer tutub və finala vəsiqə verən 12-ci yerdən 5 sm geri qalib.

Çəkicatmada qüvvəsini sınayan Anna Skidan 73,38 m nəticə göstərərək. Dünyanın 5-cisi olub. O, yalnız Polşa və Çin idmançılarından geri qalıb. Təmsilçimizi bürünc medaldan cəmi 38 sm ayırıb. Bu növdə dünya çempionu adını isə artıq əfsanələşən Anita Vlodarçik qazanıb. O, rəqiblərini böyük üstünlüklə geridə qoyub – 77,90.

Qeyd edək ki, digər atletimiz Hayle İbrahimov avqustun 9-da 5000 m məsafəyə qaçmaqda sürətini yoxlayacaq.apasport.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar