Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Çempionumuzun vurduğu qadın öldü

Tarix: 25-07-2017 11:42     Baxış: 4276 A- / A+
Çempionumuzun vurduğu qadın öldü


Bakıda həndbol üzrə olimpiya çempionunun maşınla vurduğu qadın dünyasını dəyişib.

Manevr.az-ın xəbərinə görə, iyulun 20-də baş verən hadisədən sonra komaya düşən qadın 5 gün yaşaya bilib.

Xatırladaq ki, qeyd olunan yol nəqliyyat hadisəsi iyulun 20-də baş verib. Hadisə Yasamal rayonunda qeydə alınmışdı.

Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurmuşdu. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.report

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar