Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı -FOTO

Tarix: 20-07-2017 16:14     Baxış: 3221 A- / A+
Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı


Bakı məktəblisi iki erməni idmançısını məğlub ederək beynəlxalq idman yarışında qaliblər sırasında yer alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin on şagirdi və bir müəllim Şimali Kipr Türk Respublikasında taekvando idman növü üzrə açıq Avropa çempionatında uğurla çıxış ediblər.

Manevr.az xəbər verir ki, BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təmsilçilərimiz müxtəlif yaş və çəki dərəcələri üzrə fəxri kürsüyə qalxıblar.

Turnirdə 171 nömrəli tam orta məktəbin iki şagirdi birinci, bir şagirdi üçüncü yeri tutub. Həmçinin 86, 191 nömrəli ümumtəhsil müəssisələrinin yetirmələri birinci yerə layiq görülüb, 76, 275, 278 və 290 nömrəli tam orta məktəblərin şagirləri ikinci, 287 nömrəli "Zəkalar" liseyinin yetirməsi isə üçüncü yerə sahib olub.

Yarışda 86 nömrəli tam orta məktəbin şagirdi Şamil Hacıyev 40 kiloqram çəki dərəcəsində Ermənistandan olan iki idmançını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beynəlxalq turnirdə məktəblilərlə yanaşı, onları yarışa hazırlayan, 171 nömrəli tam orta məktəbin müəllimi Barat Orucov yuxarı yaş dərəcəsi üzrə birinci yeri tutub.

Çempionatda, həmçinin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akdemiyasının tələbəsi birinci yerə layiq görülüb.

Ümumilikdə Azərbaycandan yarışa qatılan 12 nəfərin hamısı fəxri kürsüyə yüksəlib.

Qaliblər medal və diplomla təltif olunub.

Turnirdə 18 ölkədən 250-dən artıq idmançı iştirak edib. Onlar müxtəlif yaş və çəki dərəcələri üzrə mübarizə aparıblar.

Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı
Bakı məktəblisi erməniləri məğlub edərək fəxri kürsüyə qalxdı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar