Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

​"Sumqayıt" klubunun prezidenti: "Kamran Ağyevlə danışığımız olub"

Tarix: 04-08-2016 23:25     Baxış: 2445 A- / A+
​"Sumqayıt" klubunun prezidenti: "Kamran Ağyevlə danışığımız olub"


Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev "Sumqayıt" klubunun düşərgəsində məşqlərə şəxsi istəyi əsasında başlayıb."


Bu barədə "Report"a klubun prezidenti Kamran Quliyev məlumat verib.

Onun sözlərinə görə, 30 yaşlı qolkiper müraciətində "gənclik şəhəri" təmsilçisinin heyətində məşq etmək istədiyini bildirib.

K.Quliyev həmçinin onun "Sumqayıt"da oynaması üçün danışıqların aparıldığını da açıqlayıb: "Kamran Ağayev dünən komandamızla məşqə çıxıb. Hələlik aramızda ilkin danışıqlar olub. Özünün də bir neçə variantı var. Danışıqların yekunu barədə ictimaiyyətə məlumat veriləcək".
Klub prezidenti "Sumqayıt"ın Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsində 2 qapıçı - Fərhad Vəliyevlə Tərlan Əhmədlinin yer aldığını xatırladaraq, üçüncü qolkiper transferinin hələlik dəqiqləşdirilmədiyi vurğulayıb: "Kamranın "Sumqayıt"a keçidi alınsa, bu, bizim son transferimiz olacaq".

Qeyd edək ki, K.Ağayev sonuncu mövsümü "İnter"də keçirsə də, mövsümlərarası fasilədə "bankirlər"lə yollarını ayırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar