Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Cüdoçumuz Avropa çempionu oldu

Tarix: 30-06-2017 21:00     Baxış: 3258 A- / A+
Cüdoçumuz Avropa çempionu oldu

Litvanın Kaunas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.Yeniyetmə cüdoçularımız qitə birinciliyində 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.

40 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Kərimova bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına sahib olub. Azərbaycan cüdoçusu final görüşündə ukraynalı Anastasiya Balabanı məğlub edib. Cüdoçumuza Avropa birinciliyinin qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib.

Oğlanların yarışında Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq) və Qnyaz Mahmudlu (66 kq) yalnız finalda uduzaraq Avropa birinciliyinin gümüş medalını qazanıblar. Cüdoçumuz Davud Abaslı (60 kq) isə Litvada bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 430 yeniyetmə cüdoçunun (234 oğlan, 196 qız) mübarizə apardığı mötəbər yarışda Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.azsport.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar