Sizin Reklam Burada
Xəbər lenti
18-12-2024
17-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər Messini Bakıya gəldiyi üçün belə "cəzalandırdılar" - FOTO

Tarix: 13-12-2024 10:14     Baxış: 475 A- / A+
Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun ulduz futbolçusu Lionel Messinin Azərbaycana səfəri erməniləri qəzəbləndirib. 
Manevr.az xəbər verir ki, Messi ilə yanaşı dünya ulduzları Luis Suarez, Serxio Buskets və Xordi Albanın Bakıya gəlişi dünya ermənilərinin sərt reaksiyasına səbəb olub.
Amerika Erməni Milli Komitəsi, həmçinin xaricdəki erməni diaspor və lobbisi xüsusilə Messinin səfəri ilə bağlı kampaniya başladıb. Dekabrın 11-də səfərdən dərhal sonra sosial şəbəkələrdə tənqidi paylaşımlar edilib, Bakıya və ulduz futbolçuya qarşı ciddi ittihamlar səsləndirilib.
Messinin ölkəsi Argentinanın Ermənistanla yaxın münasibətləri, qondarma "erməni soyqırımı"nı tanıması, çalışdığı ölkə olan ABŞ-ın da ermənilərə dəstəyi vurğulanıb. İddialara görə, futbolçu bəzi erməni startaplarının investorudur. Paralel şəkildə Azərbaycana gələrək bura haqqında xoş sözlər səsləndirməsi erməni ictimaiyyətində birmənalı qarşılanmayıb.
Hətta komitə və diasporun bağlantılarından istifadə edərək Messinin əməkdaşlıq etdiyi qurumlar, reklam firmaları və futbol klubu ilə əlaqəyə yaratmaq istədikləri deyilir.
Maraqlıdır ki, dekabrın 11-də səfərdən sonra başlayan kampaniya fonunda argentinalı futbolçunun ermənilərlə əlaqəsi və ölkəsinin münasibətləri səbəbindən Azərbaycanla bağlı paylaşım etməyəcəyi gözlənilirdi. Lakin hər şeyə rəğmən Messinin sosial şəbəkə hesablarında post paylaşımı diqqətləri daha çox üzərinə çəkib.
Təhqir və ittiham məzmunlu paylaşımlardan birində Messinin təsvirinin fonunda ermənilərin Laçın yolu ilə Qarabağı tərk etməsi əks olunub./globalinfo.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar