Xəbər lenti
"Qarabağ" 24 il əvvəlki rekordu təkrarladı

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanan "Qarabağ" Sumqayıt "Xəzər"inin rekordunu təkrarlayıb.
Manevr.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 görüşün yarıdan çoxunda 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
Ağdam klubu bununla da ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb. Bunadək dörd dəfə iştirakçılardan biri ilk 13 turda 7 dəfə rəqiblərini ağır məğlubiyyətə uğradıb.
Buna nail olan ilk komanda Sumqayıtın "Xəzər" klubu olub. O, 1992-ci ildə belə uğur qazanıb. "Kəpəz" 1994/95, "Neftçi" isə iki dəfə - 1996/97 və 2000/01 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib. "Qarabağ" son 24 ildə buna nail olan ilk komandadır.
Qeyd edək ki, Ağdam təmsilçisi cari mövsümdə "Araz-Naxçıvan"ı 4:1, "Kəpəz"i 3:0 və 5:0, "Neftçi"ni 4:0, "Şamaxı"nı 3:0, "Zirə"ni 4:0, "Səbail"i 3:0 hesabı ilə məğlub edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































