Xəbər lenti
8 - Noyabr Zəfər bayramına həsr olunmuş Alpaqut üzrə Qarabağ Açıq Turniri keçirilib
Ağdam Olimpiya İdman kompleksində 8 - Noyabr Zəfər bayramı na həsr olunmuş Alpaqut üzrə Qarabağ Açıq Turniri keçirildi.
Manevr.az xəbər verir ki, bu turnirdə Bakı, Mingəçevir şəhərlərindən, Laçın, Şəki, Şəmkir, Beyləqan, Zərdab rayonlarından və Ağdam Alpaqut filialından idmançılar yarışlara qatıldılar. Yarış 8-17 yaş idmançıları arasında idi. Bu turnir Ayça, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilirdi.
İdmançılar zala musiqi sədaları altında daxil oldular. Sonra Azərbaycan Dövlət himni səsləndirildi. Şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi. Elşən (Kürşad) müəllimin idmançıları qılınclarla nümunəvi çıxışlar nümayiş etdirdilər.
Yarışın açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının prezidenti Başat Fuad Quliyev, 1-ci vitse-prezidenti Mehman Səfərov, Ağdam rayon Gənclər və İdman sektorunun müdiri Anar Əsgərov, Ağdam Olimpiya kompleksinin müdiri Bəhruz Kazımov, Qarabağ qaziləri idmançıları salamladıqdan sonra yarışa start verildi.
Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Kürşad Rafiq Qasımov, Cəfər Cəfərov, Apelyasiya Şurasının sədri Yabqu Qalib Hüseynov, Hakimlər kollegiyasının sədri Kürşad Elşən Məmmədov, yarışın nizam-intizamlı keçməsi üçün nəzarət edirdilər. Ayça, Batur, Caymaz və Qurşaq sistemləri üzrə referilər Elşən Məmmədov, Aslan Cəfərov, Bəxtiyar Mehdiyev, Ləman Mirzəyeva, Fidan Qafarova, baş hakim Elsevər Puri, koordinatorlar-Nizami Ağayev, Mehman Mılikov turniri ədalətlə idarə olunmasına çalışdılar.
Turnirin təşkilatçısı Alpaqutun Qarabağ Regional nümayəndəliyinin sədri Tegin Kənan Quliyev, turnirə dəstək Qarabağ Regional Gənclər və İdman idarəsinin sədr müavini Hikmət Ələkbərlidi.
Məmməd (Sariyev) Mərzili.
Azərbaycan Alpaqut Federasiyasının
Qarabağ nümayəndəliyinin mətbuat katibi

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar