Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıtdı

Tarix: 10-09-2024 09:09     Baxış: 435 A- / A+
Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
Manevr.az xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:16-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.

Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Gələn idmançılar arasında paralimpiya birinciləri Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov, habelə turnirin gümüş və bürünc mükafatçıları – Raman Saley, İlham Zəkiyev və Vəli İsrafilov var.
Xatırladaq ki, daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.
Qeyd edək ki, 169 ölkənin mübarizə apardığı Paris-2024 Yay Paralimpiya Oyunlarını Azərbaycan millisi 28-ci pillədə başa vurub. 18 paralimpiyaçı ilə iştirak edən Azərbaycan yığması 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.“Report”



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar