Sizin Reklam Burada
Xəbər lenti
19-09-2024
18-09-2024
BÜTÜN XƏBƏRLƏR

Paris-2024: Bayraqdarlarımız onlar olacaq

Tarix: 08-09-2024 14:28     Baxış: 345 A- / A+
Bayraqdarlarımız onlardır - Paris-2024
Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.
 

Manev.az-ın məlumatına görə, mərasimdə ölkəmizin bayrağını Paralimpiya çempionlarımız Səid Nəcəfzadə və Lamiyə Vəliyeva daşıyacaq.
 
Bu axşam Bakı vaxtı ilə saat 22:30-da start götürəcək tədbirin bağlanış mərasimi "Stad de Frans"da baş tutacaq.
 
Qeyd edək ki, ölkəmiz turnirdə 7 növdə 19 idmançı ilə təmsil olunub.
 
Yığmamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 11 medalla başa vurub.
 
Onlardan 4-ü qızıl, 2-si gümüş, 5-i bürünc əyarlıdır.
 
İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və "butterfly" üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıblar.
 
Yarış avqustun 28-də start götürüb.
Manev.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar