Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avropa çempionatına hazılıq - ŞƏKİLLƏR

Tarix: 06-08-2024 12:01     Baxış: 3105 A- / A+
Alpaqut Türk Döyüş növü üzrə Ağdam filialında növbəti məşq günüdü. İdmançılar isinmə hərəkətləri edəndən sonra fiziki hazırlıqlarını məşq edirlər.İdmançılarda fiziki hazırlıq çox önəmlidi. 
Məşqçi Kənan müəllim idmançılara qarçı çox tələbkardı. Düzgün olmayan hərəkət elementini dəfələrlə təkrar elətdirir. Çünki bu idmançılardan bir neçəsi Rumuniya respublikasında keçiriləcək Avropa Çempionatına hazırlaşırlar.İdmançıların içində diqqətimi kiçik yaşlı bir qız cəlb edir. Bu Ümrəxatundu. Atası, anası da onun məşqlərinə baxırlar.Ümrəxatun 04.10.2019-cu ildə Quzanlı qəsəbəsində doğulub. Atası Qurban Qəhrəmanovdan soruşuram:   -Qurban bəy, necə oldu qızınızı bu yaşda bura gətirdiniz?   -Bir gün qızım, həyat yoldaşım Leyla müəllimə ilə Quzanlı İdman Kompleksinin yanından keçəndə məşq edən uşaqları görən kimi Ümrəxatun dedi ki, mən də onlar kimi idman etmək istəyirəm. Mən, yaxşı, deyib bunu ötəri bir həvəs kimi qəbul etdim. Lakin o, israrla bizə onun bura gətirməyimizi məcbur etdi. Biz də Kənan müəllimə müraciət etdik. O, da sağ olsun Ümrəxatunu qəbul etməyə razılıq verdi.   -Qızınızın Alpaqutla məşğul olmağında bir marağınız, məqsədiniz varmı?   -Bir ata kimi mənim marağım onun sağlam olmasıdı, məqsədim gələcəkdə o, da məşqç kimi bu idman növünü uşaqlara sevdirməyidi (bu mənim fikrikdi, böyüyəndən sonra seçim özünündü).Anası Leyla Həmidova Quzanlı kəndində Uşaq musuqi məktəbində Səs müəllimi işləyir.Onun da qızı haqqında fikrini bilmək mənim üçün maraqlı oldu.   -Leyla müəllimə, qızınız haqqında nə deyə bilərsiniz?  -Qızımız Ümrəxatun hələ dil açandan vətənpərvərdi.Ordumuz Qarabağda qələbə çalandan sonra bizə dedi ki, məni Qarabağa aparın! Aradan bir az keçmiş, zəfərdən bir il keçmiş olardı, yenə dirəndi ki, məni Qarabağa aparın!Biz onu maşına mindirib Əfətliyə tərəf yol aldıq. Quzanlı kəndini çıxan kimi Şəhidlər xiyabanın görüb dedi ki, hə, buranı deyirəm. Mən onda anladım ki, o, Şəhidlər xiyabanın nəzərdə tuturmuş. Döndük ora. Şəhidlər xiyabanının qarşısında satılan güllərdən alıb ona verdik.Ümrəxatun o gülləri bir-bir şəhidlərin məzarları üstə düzdü.   -Bu idman növün siz seçdiniz, özü?   -Biz. Bir musiqi müəllimi olmaqla mən milliliyi çox sevirəm. Milli musiqimizi, milli idman növlərimizi, milli adət-ənənələrimizi, milli mətbəximizi qoruyub saxlamağın tərəfdarıyam. Türk Döyüş növü olan Alpaqutda milliliyimiz var. Mən istəyirəm ki, qızımız Ümrəxatun bu idman növündə uğurlar əldə edib bayrağımızı Avropada, dünyada yüksəklərə qaldırsın. Sonra da həyat yoldaşım Qurban demişkən, Kənan müəllim kimi məşqçi olsun.   Kənan müəllimdən soruşuram:   -Gəldiyi gündən Ümrəxatunda bir irəliləyiş varmı?   -Bəli, çox həvəslə işləyır. Deyiləni canla-başla yerinə yetirməyə çalışır. O, yaşda hamıdan kiçik olmağına baxmayaraq özündən böyüklərdən geri qalmaq istəmir. Çox çalışqan qızdı…Məşq davam edir.Sizə uğurlar olsun!  

Məmməd Mərzili, 
şair-publisist, AJB-nin üzvü 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar