Xəbər lenti
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşdı

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 22-ci pillədə qərarlaşıb.
Manevr.az-ın məlumatına görə, hələlik komandanın aktivində iki qızıl mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib. Azərbaycanla birlikdə Filippin və Serbiya da (hər ikisi 2 qızıl) 22-cidir.
Ukrayna (2 qızıl, 2 gümüş, 3 bürünc) 18-ci, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 52-ci, Ermənistan isə (1 gümüş) 54-cü sıradadır.
İlk "üçlük"də ABŞ (21 qızıl, 30 gümüş, 28 bürünc), Çin (21 qızıl, 18 gümüş, 14 bürünc) və Fransa (13 qızıl, 16 gümüş və 19 bürünc) yer alıblar.
Hələlik 73 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar