İspan tennisçisi Karlos Alkaras olimpiya oyunlarının təkbətək yarışının yarımfinal görüşündə kanadalı Feliks Auger-Aliassimeni (6:1, 6:1) inamla məğlub edib.
Xarici media xəbər verir ki, görüş 1 saat 15 dəqiqə davam edib.
Səkkizdə bir finalda Auger-Aliassime Rusiyanın birinci raketkası Daniil Medvedevi turnirdən kənarlaşdırıb (6:3, 7:5).
Alkaras karyerasında ilk dəfə olimpiya finalında çıxış edəcək. 21 yaşlı ispaniyalı bu Olimpiya tennis turnirində 1904-cü ildən bu mərhələyə çatan ən gənc finalçı olub. Bundan əvvəlki rekord isə 1904-cü ildə amerikalı Robert LeRoyun tərəfindən qırılıb.
Alkarasın finaldakı rəqibi ikinci yarımfinalda serb Novak Cokoviçlə italiyalı Lorenzo Musetti arasında keçiriləcək görüşdə müəyyənləşəcək.
Olimpiada tennis turnirinin finalı bazar günü, avqustun 4-də baş tutacaq. Parisdə Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.lent.az
Xəbər lenti
120 ilin ən gənc Olimpiya finalçısı oldu

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































