18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi dəyişdirilib.
Manevr.az idman.biz-ə istinadən xəbər verir ki, buna Albaniyada keçirilən çempionatın iştirakçılarının sayının azalması səbəb olub.
Azərbaycan, Moldova və Ermənistanın da yer aldığı B qrupunda oynaması nəzərdə tutulan Monako püşkatmaya qatılsa da, sonradan yarışda iştirakdan imtina edib. Bu üzdən qrupun təqvimi yenidən tərtib olunub.
Millimiz sabah Moldova, ertəsi gün Ermənistanla qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, püşkdən sonra müəyyənləşən təqvimə əsasən millimiz bu gün Ermənistan, sabah Moldova, ayın 25-də Monako ilə qarşılaşmalı idi.
Xəbər lenti
Millimizin Ermənistanla oyununun vaxtı dəyişdirildi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar