Sizin Reklam Burada
Xəbər lenti
24-04-2026
23-04-2026
BÜTÜN XƏBƏRLƏR

İngiltərə millisinin baş məşqçisi stefa verdi

Tarix: 16-07-2024 20:25     Baxış: 3333 A- / A+
İngiltərə millisinin baş məşqçisi stefa verdi
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt komandanın 2024-cü il Avropa çempionatının finalında məğlubiyyətindən sonra postunu tərk edib.
Manevr.az xəbər verir ki, bu barədə məlumat İngiltərə Futbol Assosiasiyasının (FA) X sosial şəbəkəsindəki rəsmi hesabında yer alıb.
"102 oyundan və demək olar ki, 8 illik məsuliyyətdən sonra Qaret Sautqeyt baş məşqçi vəzifəsini tərk etdiyini açıqladı", deyə sayt qeyd edib.
İngilislər ardıcıl ikinci Avropa çempionatının finalına yüksəlib, lakin bu il İspaniya millisinə uduzublar. Sautqeyt tarixdə iki Avropa çempionatının finalında məğlub olan ilk məşqçi olub.
Qesyd edək ki, Berlinin "Olimpiastadion” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ispanların xeyrinə başa çatıb. 
İngiltərə dünya və Avropa çempionatındakı kuboksuz seriyasını 58 ilədək artırıb. Böyük bir turnirdə ingilislərin yeganə uğuru 1966-cı ildə ev dünya çempionatında qələbədir. Turnirin finalında adalılar Almaniya yığmasından güclü olub - 4:2.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar