Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Boksçularımız erməni himninə niyə etiraz etdi? – Açıqlama

Tarix: 01-07-2024 20:46     Baxış: 3157 A- / A+

Yarışlarda hər bir kəs idmançıdır və medallar uğrunda mübarizə aparır. Azərbaycanı təmsil edən boksçular yeniyetmə yaşındadırlar və görünür ki, bu səbəbdən emosiyalara qapılıblar.
Manevr.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a açıqlamasında Boks Federasiyasının mətbuat katibi Tahir Hümmətov Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində idmançılarımızın Ermənistan himni çalınan zaman kürsünü tərk etmələri ilə bağlı deyib.
“Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində baş verən hadisədə rəqibin kimliyi və hansı ölkəni təmsil etməsi önəmli deyil. Komandamız Vətənə döndükdən sonra komanda üzvləri ilə görüşüb, maarifləndirici söhbətlər aparacağıq”, - Hümmətov bildirib.
Qeyd edək ki, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçuların mükafatlandırma mərasimində Ermənistan himni çalınan zamanı idmançımız Aylin Nəzərova nümayişkaranə şəkildə fəxri kürsünü tərk edib, digər idmançımız Nihat Qasımov da Ermənistanın himinə etiraz olaraq, arxasını çevirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar