Xəbər lenti
AVRO-2024: Bu gün 1/8 final mərhələsində keçiriləcək matçlar

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
Manevr.az-ın məlumatına görə, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.
İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.
Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri "Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.
AVRO-2024
1/8 final
30 iyun
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen, "Feltins Arena".
23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln, "Reyn Enerqi” stadionu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























