Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Daxili işlər orqanları əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib

Tarix: 12-06-2017 19:53     Baxış: 4260 A- / A+
Daxili işlər orqanları əməkdaşları arasında silahsız özünümüdafiə üzrə yarış keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib. Yarışda 10 komandanı təmsil edən 80 idmançı gücünü sınayıb.
Manevr.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın əvvəlində çıxış edən İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya çempionu Zemfira Meftaxetdinova ölkəmizdə gənclərə, idmana göstərilən dövlət qayğısının davam etdiyini, bunun nəticəsində Azərbaycan idmançılarının idman aləmində sayılıb-seçilən, ən güclülər arasında olduğunu diqqətə çatdırıb. Bir qədər ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi oyunlarında əldə edilən uğurların da əsasında məhz dövlətimizdə idmanın inkişafı, yetişməkdə olan gənc nəslin sağlam böyüməsi üçün yaradılan şəraitin durduğunu diqqətə çatdırıb.
Sonra yarışlara start verilib. Polis idmançıları yüksək fiiki hazırlıq, taktiki ustalıq nümayiş etdiriblər. Şəxsi birincilik yarışlarında DİN DQBİ-nin hərbi qulluqçularından Şahin Göyüşov (65 kiloqram), Alim Məmmədov (70 kiloqram), Müşfiq Hüseynov (90 kiloqram), Əlahiddə Çevik Polis Alayının təmsilçilərindən Elçin Vəliyev (75 kiloqram), Qurban Qaflanov (90 kiloqramdan yuxarı), Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından Tural Bayramov (80 kiloqram) və Fərid Mayılov (85 kiloqram) qalib gəliblər. Komanda birinciliyində Daxili Qoşunların hərbi qulluqçuları turnirin qalibi olub. Əlahiddə Çevik Polis Alayının komandası 2-ci, Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçiləri 3-cü yeri tutublar. Bu yarışda xüsusilə fərqlənən idmançılardan beynəlxalq turnirlərə qatılacaq komandamızın heyəti müəyyənləşib.
Yarışların baş hakimi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirdi ki, idmançı əməkdaşların əksəriyyətinin göstərdiyi çeviklik, bacarıq, texniki imkanlar ürəkaçandır. Xüsusilə Polis Akademiyasının, Sumqayıt ŞPİ -nin təmsilçilərinin əksəriyyəti yüksək hazırlıq nümayiş etdiriblər.
Yarışları polis polkovnik-leytenantı Elnur Həsənov idarə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar