Sizin Reklam Burada
Xəbər lenti
27-04-2026
26-04-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyə darmadağın etdi, Xorvatiya uduzdu, Ukrayna isə... - 2018 Dünya Çempionatı

Tarix: 12-06-2017 07:13     Baxış: 3248 A- / A+
Türkiyə darmadağın etdi, Xorvatiya uduzdu, Ukrayna isə... -


2018 Dünya Çempionatının seçmə mərhələsində bu gün Türkiyə milli komandası səfərdə Kosova milli komandasını darmadağın edib.

Manevr.az xəbər verir ki, Türkiyə yığması I qrubundakı 6-cı oyununda Kosovanı 4-1 məğlub edib.

Oyunda qolları 6-cı dəqiqədə Volkan Şən, 31-ci dəqiqədə Cengiz Ünder, 61-ci dəqiqədə Burak Yılmaz 82-ci dəqiqədə isə Ozan Tufan vurublar. Kosovanın oyundakı yeganə qolunu 22-ci dəqiqədə Rahmani baş zərbəsi ilə Volkan Babacanın qoruduğu qapıdan keçirib.

Bu qələbə sayəsində Türkiyə yığması xalını 11-ə çatdırıb. Kosova isə Finlandiya ilə birlikdə 1 xalla qrupda sonuncu yerləri bölüşürlər.

Qrupda oynanan digər matçlarda isə Ukrayna Finlandiyanı 2-1, İslandiya Xorvatiyanı 1-0 udub.

Bununla da İslandiya və Xorvatiya 13 xalla qrupdakı 1-ci və 2-ci yeri bölüşürlər. Ukrayna da Türkiyə ilə birgə 11 xalla 3 və 4-cü pillələrdə qərarlaşıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar