Sizin Reklam Burada
Xəbər lenti
16-07-2025
15-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda Alpaqut Türk döyüş sənəti üzrə turnir keçirilib - ŞƏKİLLƏR

Tarix: 05-06-2024 19:50     Baxış: 4183 A- / A+
 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münüsibəti ilə Bakı şəhəri Suraxanı rayonunun Hövsan Olimpia İdman Kompleksində Alpaqut Türk döyüş sənəti üzrə turnir keçirilmişdi. 
Bu turnirdə 20-dən artıq komanda iştirak etmişdi.Yarışda Ağdam Alpaqut filialının idmançıları da güclərini sınadılar. Ağdam rayonunu təmsil edən 20 idmançıdan 14 nəfər birinci, 5 nəfər isə ikinci yeri tutaraq komanda hesabında birinci yerə çıxıblar.
Yarışdan qayıdan idmançıları iş adamı Rəşad Məmmədov qarşılayıb və təbrik edib.    
   Məşqlər davam edir.İdmançılarımızı qarşıda Gürcüstan respublikasında keçiriləcək Dünya Kuboku uğrunda, Ruminiya respublikasında keçiriləcək Avropa çempionatı gözləyir.Onlar əzmlə bu yarışlara hazırlaşırlar.İnanırıq ki, Alpaqut Türk döyüş sənəti ilə məşğul olan idmançılarımız bu yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırıb himnimizi səsləndirəcəklər və vətənə qələbə ilə dönəcəklər.Onların məşqçisi usta (tegin) Kənan Quliyev bu idmançılara ümid etdiyini bildirir.
    Bu idmançıların uğurlarını görüb yeni uşaqlar məşqlərə qatılıblar.Hətta qızlar da bu idman növünə maraq göstərməkdədilər.
Uğurlar olsun!

Məmməd Mərzili
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar