Xəbər lenti
Bakıda Alpaqut Türk döyüş sənəti üzrə turnir keçirilib - ŞƏKİLLƏR

Bu turnirdə 20-dən artıq komanda iştirak etmişdi.Yarışda Ağdam Alpaqut filialının idmançıları da güclərini sınadılar. Ağdam rayonunu təmsil edən 20 idmançıdan 14 nəfər birinci, 5 nəfər isə ikinci yeri tutaraq komanda hesabında birinci yerə çıxıblar.
Yarışdan qayıdan idmançıları iş adamı Rəşad Məmmədov qarşılayıb və təbrik edib.
Məşqlər davam edir.İdmançılarımızı qarşıda Gürcüstan respublikasında keçiriləcək Dünya Kuboku uğrunda, Ruminiya respublikasında keçiriləcək Avropa çempionatı gözləyir.Onlar əzmlə bu yarışlara hazırlaşırlar.İnanırıq ki, Alpaqut Türk döyüş sənəti ilə məşğul olan idmançılarımız bu yarışlarda ölkəmizin bayrağını yüksəklərə qaldırıb himnimizi səsləndirəcəklər və vətənə qələbə ilə dönəcəklər.Onların məşqçisi usta (tegin) Kənan Quliyev bu idmançılara ümid etdiyini bildirir.
Bu idmançıların uğurlarını görüb yeni uşaqlar məşqlərə qatılıblar.Hətta qızlar da bu idman növünə maraq göstərməkdədilər.
Uğurlar olsun!
Məmməd Mərzili
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar