Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtlı millət vəkili “Sumqayıt”ın uğuru barədə: “Hər birimiz qürurluyuq”

Tarix: 29-05-2024 17:39     Baxış: 3246 A- / A+


“Bizim üçün iki əsas məsələ var. Birincisi, komandamızın yüksək səviyyədə olmasıdır. Bunu oyunlarda gördük”.

Manevr.az xəbər verir ki, futbolxeber.az saytına açıqlamasında bu sözləri 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən milət vəkili seçilən Müşfiq Məmmədli “Sumqayıt”ın UEFA Konfrans Liqasına vəsiqə qazanması barədə danışarkən deyib.
Millət vəkili bildirib ki, ikinci məsələ infrastrukturun yüksək səviyyədə olmasıdır: “Sumqayıt stadionunu, oradakı insanların qələbə sevincini, coşqusunu özünüz də görmüsünüz. Bütün bunlar ölkə rəhbərliyinin, cənab Prezidentin Sumqayıta, sumqayıtlılara, idmana, o cümlədən də, Sumqayıt idmanına verdiyi önəmin, dəstəyin bir hissəsidir”.
M.Məmmədli Milli Məclisdə təmsil etdiyi Sumqayıtın futbol klubunun Avropada təmsil olunmasına görə qürurlandıqlarını bildirib: “Aparılan düzgün iş mövsümün sonunda bayram yaşanmasına səbəb oldu. Sumqayıtlıların coşqusu, komandanın çalışqanlığı “Sumqayıt”ı Avropaya apardı. Gözəl nəticədir. Buna görə hər birimiz sevinirik, hər birimiz qürurluyuq. Həm “Sumqayıt” klubuna, həm İcra Hakimiyyətinə, həm də ölkə rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Arzu edirəm ki, nəinki Sumqayıtda, ölkəmizin bütün regionlarında futbol, idman daha da inkişaf etsin”.

Fərəc ASLANOV

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar