Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

"Çempionatın ilk oyunundan son tura qədər şəhərimizin tək komandasına inandıq!" - Deputat -ŞƏKİL

Tarix: 25-05-2024 23:06     Baxış: 3437 A- / A+

Bu həftə Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu. “Qəbələ” son matçında “Sumqayıt”la qarşılaşdı.
 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma iki rəqib arasında 50-ci duel kimi tarixə düşdü. Komandalar indiyədək 49 matçda qarşılaşıb.
Misli Premyer Liqasının bu gün keçirilən sonuncu - 36-cı turunda “Sumqayıt” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəlib. 
Beləliklə, yeni mövsüm Azərbaycanı Avropa kuboklarında “Qarabağ” (Çempionlar Liqası), “Zirə” (Avropa Liqası, kubokun finalının nəticəsindən asılı olmayaraq), “Sabah” və “Sumqayıt” (hər ikisi Konfrans Liqası) təmsil edəcəklər. 

Manevr.az-ın əməkdaşı fürsətdən istifadə edib özünü “Sumqayıt” komandasının dostu hesab edən millət vəkili Müşfiq Məmmədlinin bu gün keçirilən oyunla bağlı fikirlərini öyrənib. Çox maraqlı oyuna tamaşa etdiyini bildirən millət vəkili "Çempionatın ilk oyunundan son tura qədər şəhərimizin tək komandasına inandıq!. Doğma komandamızı təbrik edir, Avrokuboklarda uğurlar arzulayıram!", deyə vurğuladı. 

Mirzə Müseyiboğlu
Manevr.az









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar