Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Alpaqut Türk Döyüş sənəti - idmançılarımızın marağı böyükdü - ŞƏKİLLƏR

Tarix: 06-05-2024 10:41     Baxış: 3144 A- / A+
     Ağdam rayonunun Quzanlı kəndindəki Olimpiya İdman Kompleksinin yanından keçirdim. Bir dəstə uşağın məşq etdiyini görüb onlara yaxınlaşdım. Məşqçiləri Kənan müəllimlə tanış oldum.
Kənan müəllimdən soruşdum ki, siz hansı idman növü ilə məşğul olursunuz? O dedi ki, bizim məşğul olduğumuz yeni yaranmış Alpaqut Türk Döyüş sənətidir. 
     Düzü, bu idman növünün adını eşitmişdim, amma Quzanlıda bu idman növü ilə məşğul olanları bilmirdim. Ona görə də maraqlandım ki, onlar bu idman növü üzrə keçirilən yarışlarda hansı uğurlar əldə ediblər?
      Ümumiyyətlə, Ağdam rayonunda 60-cı ildən sonra idmanşılarımız güləşin bütün növləri üzrə uğurlara imza atdılar. Onlar respublika, o zamankı SSRİ üzrə, dünya çempionatlarında yüksək yerlər tuturdular. Elə onlardan dəfələrlə sambo üzrə Dünya çempionu olmuş Ceyhun Məmmədovu, boks üzrə Dünya çempionu Fariz Məmmədovu və başqalarını göstərmək olar.O zaman Ağdam İdman məktəbini yaradan Cəfər Məmmədov olmuşdu.İdman məktəbinin məşqçiləri sambo üzrə Əbülfəz Əliyev (O, həm də Respublika Sambo yığma komandasının baş məşqçisi idi), sərbəst güləş üzrə Əkbər Rüstəmov, Qələndər Məmmədov, Rəhman İbrahimov, karate üzrə Şahbaz İbrahimov yeksək səviyyəli idmançılar hazırlayırdılar.
       Bu ənənəni indiki gənclərimiz, yeniyetmələrimiz davam etdirirlər. Öyrəndim ki, Quzanlı Olimpiya İdman kompleksində Alpaqut idman növündən başqa sərbəst güləş, cudo, karate, boks və başqa bölmələr də var.
       Alpaqut Türk Döyüş sənəti üzrə məşqçi Kənan Azay oğlu Quliyev 06.03.1973-cü ildə Ağdam rayonunun Gülablı kəndində dünyaya gəlib. Gülablı kənd orta məktəbini 1990-cı ildə bitirib.1991-ci ildə erməni işğalçılarına qarçı Abdal-Gülablı kəndlərində yaradılmış özünümüdafiə batalyonuna qoşulub.Vətəni müdafiə etmək üçün erməni-rus hərbi birləşmələrinə qarşı döyüşüb. 
Sonra ermənilərin işğalı altında qalan torpaqlarımızı azad edən zamanı 44 gün çəkən müharibəyə də könüllü döyüşə gedib.
      Kənan müəllim hələ uşaq vaxtlarında Ağdam İdman məktəbində karate idmanı ilə məşğul olurdu. 2016-cı ildən Alpaqut Türk Döyüş sənətini (əlbəyaxa Türk döyüş sənəti) öyrənməyə başlayıb. 2018-ci ildən sonra dəfələrlə Dünya və Avroasiya çempionu, 4 san Qara Kəmər ustasıdır.Qarabağ Regional nümayəndəliyinin sədridi.
      Hazırladığı idmançılar dəfələrlə Respublika, Dünya və Avroasiya çempionu, dəfələrlə Dünya və Prezident kuboku alıblar.Onun 50-dən çox tələbələri var. Bəziləri hal-hazırda məşqçi işləyirlər.Kənan müəllimin hazırladığı yüksək titullu idmançılardan aşağıdakıları göstərmək olar.
      1.Kərimov Nurlan Bəxtiyar oğlu-2 dəfə respublika, 3 dəfə Dünya və Avroasiya çempionu, idman ustalığına namizəd.
      2.Ağayev Qənbər Xanlar oğlu-5 dəfə Respublika çempionu, 3 dəfə Dünya birincisi, Dünya çempionu, Dünya və Prezident kubokunun sahibi, idman ustalığına namizəd.
      3.Mehdiyev Bəxtiyar Eyvaz oğlu-2 dəfə Respublika, Dünya və Avroasiya çempionu, idman ustalığına namizəd.
      4.Sarıyev Fərid Siyavuş oğlu-4 dəfə Respublika çempionu, 2 qat Dünya birincisi, Dünya və Prezident kubokunun sahibi, idman ustalığına namizəd. 
      5.Quluzadə Rəşad Kənan oğlu-Respublika çempionu, 4 dəfə Dünya birincisi, Dünya, Avroasiya, Prezident kuboklarının sahibi, idman ustalığına namizəd.
      6.Qasımzadə Ramazan Hüseyn oğlu-5 dəfə Respublika, 4 dəfə Dünya, Avroasiya çempionu, idman ustalğına namizəd.
      7.Əsgərov Nicat Murad oğlu-3 dəfə Respublika çempionu, Dünya birincisi, idman ustalığına namizəd.
      8.Sadiqov Vahid Əlizamin oğlu-Respublika çempionu, Dünya birincisi.
      9.Pirili Aslan Anar oğlu-Respublika çempionu, Dünya ikincisi.
     10.Hüseynov Tural Sədrəddin oğlu-3 dəfə Respublika çempionu, Dünya birincisi.
      Bundan əlavə Ağayev Qənbər, Mehdiyev Bəxtiyar, Kərimov Nurlan, Cabbarov Mirməhəmməd san (yarğan-müəllim) dərəcəsinə yüksəlmişlər.Mehdiyev Bəxtiyar və Ağayev Qənbər məşqçi kimi fəaliyyət göstərirlər.
      Alpaqut Türk Döyüş sənəti Federasiyasının prezidenti (Başat) cənab Qüdrət Nuriyev, Alpaqut Türk Döyüş sənəti idman növünün yaradıcısı (Kutsan) cənab Vasif Namazov, Federasiyanın baş katibi (Gürşad) cənab Rafiq Qasımov idmançılara daim qayğı ilə yanaşıb dəstək olurlar. İdmançıların çətinlikləri ilə maraqlanıb kömək edirlər.
     Ağdam Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov idmançılara lazım olan şəraiti yaradıb.  
     Kafe 202-nin sahibi Rəşad Məmmədov hər dəfə komanda yarışa gedəndə maddi kömək edir.Komandaya kömək edənlər, dəstək olanlar çalışırlar ki, idmançılarımız Ağdamın şərəfli idman ənənələrini davam etdirsinlər.
     Qarşıdan Avropa çempionatı gəlir.İndi idmançılar bu çempionata hazırlaşırlar.Çalışırlar ki, qızıl medalların sayı çox olsun. 
     İdmançılarımıza uğurlar diləyirəm!

Məmməd Mərzili
AJB üzvü














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar