Xəbər lenti
Levandovski Səudiyyə Ərəbistanından gələn astronomik təklifi rədd etdi
"Barselona"nın polşalı hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından gələn astronomik təklifi rədd edib.Keçən yay bir çox ulduz futbolçu əldə edən Səudiyyə Ərəbistanı komandaları bu yay da transfer hücumlarını davam etdirirlər.
Manevr.az bildirir ki, "Mundo Deportivo"nun xəbərinə görə, mövsümün əvvəlində Robert Levandovskinin transferi üçün böyük səy göstərən, lakin xoşbəxt sona çata bilməyən Səudiyyə Ərəbistanı klubları bu dəfə polşalı hücumçuya illik 100 milyon avro təklif edib.
Komandadan ayrılmaq fikrində olmadığı bildirilən Levandovskinin Səudiyyə klublarından gələn bu astronomik təklifi rədd etdiyi qeyd edilib.
İkinci mövsümünü "Barselona"da keçirən 35 yaşlı polşalı hücumçu bu mövsüm 39 matçda 20 qol vurub, 9 məhsuldar ötürmə edib.
Levandovskinin "Barselona" ilə daha 3,5 illik müqaviləsi var (1 illik seçimlə).
Nigar
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































