Xəbər lenti
Azərbaycan çempionatının ən bahalı futbolçuları açıqlandı - Siyahı

Azərbaycan Premyer Liqasının ən dəyərli futbolçuları bəlli olub.
Manevr.az “Qafqazinfo”-ia istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CİES) bununla bağlı araşdırma aparıb.
10 futbolçunun yer aldığı siyahıda “Qarabağ”ın üzvləri çoxluq təşkil edir. Elə ilk 4 sırada Ağdam klubunun oyunçuları qərarlaşıblar.
Premyer Liqamızın ən dəyərlisi son çempionun yarımmüdafiəçisi Leandro Andradedir. Onun transfer dəyəri 3,3 milyon avrodur. Andradeni müvafiq olaraq komanda yoldaşları Toral Bayramov, Juninyo və Elvin Cəfərquliyev izləyirlər.
1. Leandro Andrade (“Qarabağ”) – 3,3 milyon avro
2. Toral Bayramov (“Qarabağ”) – 2,4 milyon
3. Juninyo (“Qarabağ”) – 2,2 milyon
4. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,8 milyon
5. Kahim Parris (“Sabah”) – 1,3 milyon
6. Suleyman Alluş (“Səbail”) – 1,2 milyon
7. Marko Yankoviç (“Qarabağ”) – 1 milyon
8. Ayxan Süleymanlı (“Sumqayıt”) – 900 min
9-10. Salifu Suma (“Zirə”) – 800 min
9-10. Julio Romao (“Qarabağ”) – 800 min
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































