“Qarabağ” yenə yaxşı oynadı. Yenə hesabda 2:0 öndə idilər, amma bu dəfə də matçın sonlarında üstünlüyü əldən verdilər”.
Manevr.az idman.biz xəbər verir ki, bunu Rusiya millisinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”ə qarşı keçirdiyi cavab oyunu dəyərləndirib. O, Rusiya millisinin qapıçısı Andrey Lunyovun çıxışına da toxunub: “İlk qol vurulanda Andreyin komandanı xilas etmək şansı az idi. İkincidə bəxti gətirmədi. Lunyov hər şeyi düz etdi. Amma bəxt yetərli olmadı. Andrey öz işini gördü”.
Kafanov oyunun psixoloji təsirindən ehtiyatlanır: “Hesab edirəm ki, qırmızı vərəqə olmasaydı, qələbəni əldən verməyə də bilərdilər. Andrey öz növbəsində bacardığı hər şeyi etdi. Adətən belə matçlar qapıçı və oyunçuları özündən çıxarır. Futbolçular belə məğlubiyyəti uzun müddət ürəklərinə salırlar. Məni daha çox Andreyin psixoloji vəziyyəti narahat edir. Onun ağrılı məğlubiyyəti tez unutması və bu matçlaradək olan vəziyyətə qayıtması vacibdir. Lunyov psixoloji baxımdan güclüdür. Düşünürəm ki, bu dövrü arxada qoya biləcək”.
Qeyd edək ki, “Qarabağ” Leverkuzendəki görüşdə 2:0 hesabı ilə öndə olsa da, sonradan üç qol buraxaraq məğlub olub.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar