Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Qarabağ" Avropa Liqasındakı ilk oyununu Bakı Olimpiya Stadionunda keçirə bilər

Tarix: 30-08-2016 10:11     Baxış: 2232 A- / A+
"Qarabağ" Avropa Liqasındakı ilk oyununu Bakı Olimpiya Stadionunda keçirə bilər


"Qarabağ" komandası futbol üzrə Avropa Liqasının qrup mərhələsində ilk ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirə bilməyəcək.

Bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

Q.Qurbanov səbəb kimi arenanın ot örtüyünün yararsız vəziyyətdə olmasını göstərib. Baş məşqçi məsələni üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasında qaldırmadıqlarını söyləyib:

"Çünki bu, klubumuza aid məsələdir. Respublika stadionu ötən ilədək sırf Gənclər və İdman Nazirliyinə tabe idi. Artıq arenanı 5 il müddətinə icarəyə götürmüşük. Hazırda İngiltərədən yeni mütəxəssislər gəlib. Ardıcıl 3 ildir belə halla üzləşirik. İsti dövrlərdə stadionu normal vəziyyətə gətirə bilmirlər. Deməli, nə isə düzgün aparılmır. Ona görə də yeni mütəxəssislər gətirilib. Onların fikrindən sonra belə bir halın baş vermə səbəbini biləcəyik".

44 yaşlı mütəxəssis qeyd edib ki, Çexiyanın "Slovan" klubu ilə sentyabrın 15-nə nəzərdə tutulan qarşılaşmanın təşkili üçün hazırda iki variant nəzərdən keçirilir:

"Bunlardan biri "Dalğa Arena", digəri isə Bakı Olimpiya Stadionudur. Sabahdan etibarən hər hansı qərar qəbul etməyə çalışacağıq. Düşünmürəm ki, Respublika stadionundakı təmir işlərini ilk oyunadək çatdıraq". ("Report")


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar