Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Manevr.az bildirir ki, Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionu 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































