Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Balabəy Ağayev bu səbəbdən qızıl qazana bilməyib

Tarix: 17-02-2024 11:34     Baxış: 4241 A- / A+



"Uzun müddətdir ki, medal qazana bilmirdim".
Manevr.az idman.biz-ə istinadən bildirir ki, bu sözləri Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.
O, Bakıda keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanmasına münasibət bildirib. Ağayevin sözlərinə görə, çempion olmasına səhvi imkan verməyib: "Burada bizə dəstək böyük idi. Çünki evdə güləşirik. Buna görə də adam özünə inanaraq tatamiyə çıxır. Bir sıra səhvlərim oldu. Ona görə qızıl medalı əldən verdim. Qismət belə imiş".

O bildirib ki, apreldə Budapeştdə kişi cüdoçular arasında keçiriləcək Avropa çempionatında iştirak etmək istəyir: "Təbii ki, heyət tam dəqiq deyil. Bu idmandır. Amma mənlə yanaşı, eyni çəkidə Turan Bayramovun iştirakı gözlənilir".
Qeyd edək ki, turnirdə Balabəy Ağayev Kamoliddin Baxtiyorov (Özbəkistan) məğlub edərək, 3-cü olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar