Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qurban Qurbanov Xankəndidəki oyundan danışdı

Tarix: 20-12-2023 15:53     Baxış: 3374 A- / A+

Xankəndiyə böyük qürur hissi ilə gedirik.
Manevr.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov hava limanında İTV-yə açıqlamasında deyib.
“Baxmayaraq ki, yerli kubok oyunumuzdur, böyük sevgi ilə gedirik. Dünən məşqdə belə komandada əhval yüksək səviyyədə idi. Çox istərdik ki, bu oyun futbolu daha da sevdirsin. Buna da inanıram, əminəm. Mənə elə gəlir ki, oradakı oyunda daha qürurlu olacağıq. Matçı gözləyirik, çox şadıq. Bir daha ordumuza, əsgərlərimizə, cənab prezidentə təşəkkür edirəm ki, torpaqları geri qaytardılar və biz də ora qürurla gedirik.
Çox istərdik ki, beynəlxalq bir oyun orada keçirilsin. Bununçün vaxt lazımdır, böyük məmnuniyyətlə orada beynəlxalq oyun keçirmək istəyərdik”.
Qeyd edək ki, sabah Xankəndidə “Qarabağ” Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində MOİK ilə qarşılaşacaq. Oyun saat 14:00-da start götürəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar