Xəbər lenti
Dünyanın ən titullu futbolçusu məlum oldu
Maksvell PSJ ilə Fransa Liqa kubokunu qazanaraq aktivindəki mükafat sayını bir az da artırıb. Bu, braziliyalı oyunçunun müxtəlif turnirlərdə qazandığı 37-ci qələbə olub.
35 yaşlı sol cinah müdafiəçisi bununla da dünyanın ən çox kubok qazanan futbolçusu olub.
Futbol karyerasında vətəni Braziliyada – “Kruzeyro”da başlayan Maksvell burada 1 kubok əldə edib.
Daha sonra Avropadakı ilk klubu “Ayaks”da 6 dəfə “qənimət”i başı üzərinə qaldıran “solaxay”, İtaliya “İnter”i ilə də 5 dəfə müxtəlif turnirlərin qalibi olub.
Ardınca “Barselona”ya transfer olan oyunçu kataloniyalılarla 10 dəfə müxtəlif səviyyəli titullar qazanıb.
Hazırda karyerasını davam etdirdiyi PSJ-də isə son olaraq əldə etdiyi Fransa Kuboku ilə birlikdə qazancını 15-ə çatdıran Maksvell dünya rekordunu müəyyənləşdirib.apasport.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar