Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Boksçumuz erməni rəqibini məğlub edərək ikinci dəfə Avropa çempionu oldu - Şəkillər

Tarix: 19-11-2023 22:43     Baxış: 3309 A- / A+

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib.

Həlledici mərhələdə Azərbaycan millisinin iki boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını beş medalla başa vurub. Komandamız bir qızıl, bir gümüş və üç bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Qeyd edək ki, bir il öncə Xorvatiyada yığmamız bir qızıl, bir gümüş və iki bürünc medala yiyələnmişdi. turkustan.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar