Sizin Reklam Burada
Xəbər lenti
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Sumqayıt"ın təşkil etdiyi “Futbol Düşərgəsi"nin ilk mərhələsi başa çatıb - Şəkillər

Tarix: 19-11-2023 17:02     Baxış: 3560 A- / A+

“Paşa Həyat Sığorta” ASC və “İkar-Qrup” MMC-nin (“Kəhriz Su”) sponsorluğu, eyni zamanda, “Azərikimya” İB-nin dəstəyi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə “Sumqayıt” Futbol Klubunun təşkil etdiyi “Futbol Düşərgəsi"nin ilk mərhələsinə yekun vurulub.
Manevr.az-ın xəbərinə görə, 16 noyabr tarixində start götürən və 6 gün müddətində 2 qrup üzrə keçiriləcək layihənin ilk qrupuna daxil olan uşaqlar "Sumqayıt" Futbol Klubunun bazasında müxtəlif əyləncəli tədbirlərə qatılıb, onlar üçün müxtəlif oyunlar, müsabiqələr, ekskursiyalar təşkil olunub. Tədbirin ikinci günündə Sumqayıt şəhərinin maraqlı yerlərini gəzən iştirakçılara daha sonra "Cinema Plus" kinoteatrlar şəbəkəsinin Sumqayıt filialında film nümayiş etdirilib. Layihənin ilk qrup üzrə sonuncu günündə isə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında bağlanış tədbiri keçirilib. 
Tədbirdə deputat Müşfiq Məmmədli , YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, "Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyev, klubun vitse-prezidenti Aydın Xəlilov və digər qonaqlar iştirak edib.
Tədbir iştirakçıları layihənin önəm və vacibliyi haqqında çıxışlar etdikdən sonra Vətən Müharibəsi iştirakçılarının övladları tərəfindən maraqlı kompozisiyalar nümayiş etdirilib. Daha sonra bütün düşərgə iştirakçılarına "Sumqayıt" Futbol Klubunun, həmçinin sponsorların hazırladığı xüsusi hədiyyələr və diplomlar təqdim edilib. 
Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən məktəb və liseylərin 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər “Vətən müharibəsi”ndə şəhid və qazi olan igid əsgərlərimizin övladlarıdır.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar