Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azər Əsgərov növbəti dəfə dünya çempionu oldu -ŞƏKİLLƏR

Tarix: 31-10-2023 18:41     Baxış: 3430 A- / A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən usta cüdoçular arasında dünya çempionatına start verilib.
Manevr.az xəbər verir ki, yarışın ilk günündə azərbaycanlı veteran cüdoçular da tatami üzərinə çıxıblar. Komandamız yarışa uğurlu start vererk bir qızıl və bir bürünc medal qazanmağa müvəffəq olub. Komandamıza ilk qızıl medalı Azərbaycan cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov qazandırıb. M6 yaş kateqoriyası üzrə +100 kq çəki dərəcəsində mübarizə aparan A.Əsgərov ilk görüşdə - 1/4 final mərhələsində moldovalı Viorel Marineskuya qalib gəlib. Yarımfinalda macarıstanlı Laszlo Szoksdan da üstün olan usta cüdoçumuz adını finala yazdırıb. Həlledici görüşdə Səudiyyə Ərəbistanını təmsil edən Bakor İbrahim üzərində qələbə qazanan Azər Əsgərov dünya çempionatının qalib olaraq Azərbaycan himnini səsləndirib.
Komandamızın heyətində bürünc medala isə Arif Qasımov (M8, -100 kq) sahib çıxıb.
Qeyd edək ki, noyabrın 3-dək davam edəcək dünya çempionatında 65 ölkəni təmsil dən 1046 (922 kişi, 124 qadın) cüdoçu mübarizə aparır. Yarışlara Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən yaradılmış “Judo Club 2012” idman klubunda hazırlaşan komandamız çempionatda 48 (47 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar