Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bu futbol klubu oyunlarını Xankəndində keçirəcək

Tarix: 21-10-2023 23:19     Baxış: 224 A- / A+
Bu futbol klubu oyunlarını
 "Qarabağ" bu mövsüm Premyer Liqanın, yaxud ölkə kubokunun bir neçə oyununu Xankəndində keçirəcək.

Ağdam klubu dövlət qurumlarının bununla bağlı müvafiq təklifini müsbət cavablandırıb.

"Köhlən atlılar" bəzi ev matçılarının Xankəndində təşkili ilə əlaqəli tədbirlər planı hazırlayacaq və onu müvafiq instansiyalara təqdim edəcək.

"Qarabağ" rəhbərliyi dünəndən bər Xankəndindədir. Klubun direktoru Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında Qarabağın bu bölgəsinə yollanıb.

Onlar sentyabrın ikinci yarısında qeyri-qanuni "xunta" rejiminin əlindən geri alınan və Azərbaycan dövlətinin idarəçiliyinə keçən şəhərdə yerləşən stadiona baş çəkib, buranın vəziyyəti ilə yaxından tanış olub.
Sözügedən arenanın tutumu 15 min nəfərdir. Təbi qazonlu idman qurğusu ötən əsrin ikinci yarısında tikilib.

Əldə etdiyimiz informasiyasına görə, Ağdam təmsilçisinin nümayəndələrinin hələ 1 gün də orada qalmaları planlaşdırılır.
Səfər birbaşa "Qarabağ"la əlaqədardır və bu məkanla tanışlıq xarakteri daşıyır. Gəlinən ilk rəydən məlumatlıyıq.

Belə ki, klub funksionerləri stadionun ciddi təmirə ehtiyacı olması barədə dövlət qurumunun nümayəndələrinə məruz edib. Uzun müddət istifadə olunmadığı üçün burada yenidənqurma işlərinin aparılması zəruridir.

Qazonla səliqəyə salınmalı, tribunaların oturacaqları dəyişdirilməlidir. Çünki plastik skamyalar qondarma rejimin "bayrağ"ının rənglərindədir.

Hakimlər və paltardəyişmə otaqlarına "əl gəzdirilməlidir".

Stadionun ərazisində ümumiyyətlə tör-töküntü çoxdur və onların da təmizlənməsi mütləqdir.sportinfo.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar