Xəbər lenti
Polislər üçün cüdo təlimi keçirildi
Manevr.az xəbər verir ki, təqdimatı BCF-in Hərbçilər və Polislərlə Əməkdaşlıq Komissiyasının komissarı Krijan Şabolç edib.
Təqdimatdan sonra polis əməkdaşları üçün nümunəvi təlim keçirilib. Proqramın əsas məqsədi hüquq-mühafizə orqanları əməkdaşlarına silahsız özünümüdafiə metodunu mənimsətməkdən ibarətdir.
Hərbçilər və polislər üçün nəzərdə tutulan cüdo təliminin fiziki hazırlıq, silahsız özünümüdafiə bacarıqları və stressin idarə edilməsi kimi faydaları var. Təlim cüdo texnikalarının geniş spektrini, o cümlədən hərəkətlər, qaldırma, mübarizə, yerdə döyüş və ayağa qalxma bacarıqlarını əhatə edir.
Krijan Şabolç bildirib ki, burada əldə edilən bacarıqlar polis əməkdaşlarının xidməti vəzifələrini icra edərkən qarşılaşdıqları təhlükələri önləmək və göstərilən müqavimət zamanı mühüm fərq kəsb edəcək.
“Azərbaycan Daxili İşlər Nazirliyi polis əməkdaşlarının peşəkarlığının artırılmasına böyük diqqət göstərir. Təlimin ən vacib hissəsi cüdonun əsasını təşkil edən yıxılmalardan sığortalanma elementlərini tam şəkildə mənimsəməkdir. Cüdo idman növünün çoxsaylı üstünlüklərini nəzərə alsaq, gələcəkdə əsas planlardan biri təlim proqramını genişləndirmək və təkmilləşdirməkdir”, - deyə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi Mövlud Mirəliyev bildirib.
Qeyd edək ki, təlim Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində baş tutub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar