Sizin Reklam Burada
Xəbər lenti
15-06-2026
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

“Azarkeşlər qaçqınlardır, bileti 3 manat edəndə etirazlar olur” - Tahir Gözəl

Tarix: 20-05-2017 14:37     Baxış: 4284 A- / A+
“Azarkeşlər qaçqınlardır, bileti 3 manat edəndə etirazlar olur”


"Yeni transferlərlə bağlı xəbər gözləyirik. Transferlər iki şeydən asılıdır: birincisi, Qurban Qurbanovun fikrindən, ikincisi isə istədiyimiz futbolçuların klubları ilə maliyyə məsələsindən”.

Manevr.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.

Klub rəsmisi newsport.az-a müsahibəsində bildirib ki, bütün transferlər büdcə daxilində edilir: "Bizim imkanlarımız məhduddur. Azarkeşlərimiz qaçqınlardır. Hətta 1 manatlıq biletin qiymətini 3 manat edəndə etirazlar olur.

İnsanların imkanı yoxdur. Biz klub olaraq büdcəmiz daxilində nə lazımdırsa, onu da edəcəyik. Bu sözü verə bilərik ki, "Qarabağ" ötən illərdəkindən zəif olmayacaq”.

T.Gözəlin sözlərinə görə, "Azərsun Holdinq" komandanı stabil qaydada maliyyə ilə təmin edir:

"Amma biz - bütün klublar - öz aramızda qərara gəlmişik ki, dövlətə müraciət edək. İstəyərdik ki, dövlətimiz tək "Qarabağ"a yox, bütün klublara müəyyən qədər kömək etsin”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar