Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Naxçıvanda beynəlxalq turnir keçirilir

Tarix: 23-09-2023 12:10     Baxış: 3446 A- / A+

Naxçıvanda beynəlxalq turnir keçirilir

Nxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan bədii gimnastika üzrə “Grace of Nature” (“Təbiətin lütfü”) beynəlxalq turniri keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutan yarışda Azərbaycan və Qazaxıstan komandalarının ümumilikdə 250-dək idmançısı mübarizə aparıb.
Bölgədə gimnastika növləri üzrə təşkil olunan ilk beynəlxalq turnirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Yarışda paytaxt idmançılarına Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax və Zaqatalanı təmsil edən 20 klubdan gimnastlar da qoşulublar. Onlar kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış ediblər.
Qaliblər yaş qruplarına müvafiq olaraq, fərdi proqramda çoxnövçülük və ayrı-ayrı alətlər, qrup hərəkətləri proqramında isə ayrı-ayrı alətlər üzrə müəyyənləşib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar