Xəbər lenti
Sumqayıtda tanınmış məşqçi həbs edildi - Daha bir qalmaqal

Manevr.az-ın bakupost.az-a istinadən əldə etdiyi məlumata görə, məktəbin cüdo bölməsinin müəllimi Əliyev Ceyhun Xasay oğlunun yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq etdiyi, qeyri-etik davrandığı aydın olub.
Məlumatlı mənbənin bildirdiyinə görə, valideynlərin şikayətindən sonra Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.
Sayt məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinini direktoru Fuad Aslanovla əlaqə saxlayıb. F.Aslanov yaxın qohumunu xəstəxanaya gətirdiyi üçün danışmaq imkanı olmadığını, xəstəxanadan çıxdıqdan sonra əlaqə saxlayacağını qeyd edib.
Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi Ülkər Abbasova isə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:
"Ceyhun Əliyevin saxlanılması ilə bağlı məlumatımız var. Araşdırma aparılır. Amma rəsmi olaraq, hamı kimi cavab gözləyirik. Həbs olunma səbəbi ilə bağlı hansısa məlumatım yoxdur”.
Qeyd edək ki, 7 yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin baş verdiyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 saylı məktəbin də Fuad Aslanovun nəzarətində olduğu bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar